Son xəbərlər:
Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı                         Sabah Bakıya yağış yağacaq                        Nazirlər Kabineti qrantlarla bağlı qaydalara dəyişiklik etdi                        Prokurorlara yeni səlahiyyət verilir                        Yol polisi sürücülərə xəbərdarlıq etdi                        "Hər əməlin öz cavabını tapır"-                        Место Азербайджана там, где будут реально решаться судьбы мира - РАСКЛАД от Новруза Аслана                        DİN-də 2025-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib                        Məktəblilərin qış tətili başlayır                        Bu gün Arzu Əliyevanın ad günüdür                        Ana fəryadı: 2019-cu il təvəllüdlü Nihadın müalicəsi üçün köməyə ehtiyac var                        Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi                        Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                       
Tarix: 12-07-2024, 14:35

İyulun 12-də Belarus Respublikasında "Slavyan Bazarı Vitebskdə" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən Shir.az-a verilən xəbərə görə, nazir Adil Kərimli tədbirdə iştirak edib.

Görüşdə çıxış edən nazir Adil Kərimli Belarus Respublikasını bu yaxınlarda ŞƏT-ə tamhüquqlu üzv olması münasibətilə təbrik edib. 2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan Adil Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, bu il iyulun 4-də Astanada keçirilən ŞƏT-in sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi ölkəmizin bu təşkilat çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.

“Biz ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu yüksək qiymətləndirir və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Məqsədimiz təkcə əlaqələri gücləndirmək deyil, həm də davamlı inkişafı dəstəkləmək üçün mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.

Adil Kərimli onu da diqqətə çatdırıb ki, bu il ərzində Azərbaycanda Belarus, Qırğız Respublikası, Tacikistan və Rusiya Federasiyasının mədəniyyət günləri, eləcə də Özbəkistanda Azərbaycanın mədəniyyət günləri təşkil olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini deyən nazir bildirib ki, bu mötəbər tədbirin mədəni gündəliyi də var. COP29 çərçivəsində mədəniyyət nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüş, həmçinin iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirinin müzakirəsi üçün mühüm bir fürsət olacaq.

Qeyd edək ki, “Slavyan Bazarı Vitebskdə” festivalında ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü iyulun 12-də Vitebskin Qələbə meydanında “ŞƏT ilə birlikdə sülh və yaradıcılıq naminə” adlı konsertlə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin nümayəndə heyətləri də qatılıb.

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub.

Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, Belarus təşkilatın tamhüquqlu üzvləridir. Bir sıra ölkələr təşkilatda müşahidəçi statusuna, habelə dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycan 2016-cı ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda fəal əməkdaşıq edir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031