Son xəbərlər:
Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                       
Tarix: 15-08-2024, 10:04

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Shir.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub.

MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib başa çatdırılmalı, bütün proses ərzində Seçki Məcəlləsinin müvafiq müddəalarına dəqiqliklə əməl olunmalıdır. Sədr M.Pənahov, həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 516 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni hazırlanacağını bildirib. Komissiya sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.

Proseslə tanışlıqdan sonra MSK sədri Məzahir Pənahov həm seçki bülletenlərinin çapı, həm də ümumiyyətlə Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd etmək lazımdır ki, seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031