Son xəbərlər:
Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                        İlham Əliyevdən Trampın 907-ci düzəliş qərarına yüksək qiymət                        Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib                        İlham Əliyev: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb                        İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi                        «На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                        İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                       
Tarix: 17-04-2025, 10:00

Dost və qonşu ölkə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra ilk olaraq məhz Azərbaycana səfər etməsi ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Cənab Prezident İlham Əliyev aprelin 16-da Gürcüstan Prezidenti ilə mətbuata birgə bəyanatla etdiyi çıxışında da seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdıraraq, cənab Kavelaşvilinin ilk rəsmi xarici səfərə məhz Azərbaycana gəlməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd olundu ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Məlumdur ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz və xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii ki, geniş iqtisadi əlaqələrin əsasında möhkəm siyasi əlaqələr durur. Ölkələrimiz arasında nsiyasi dialoq fəaldır və yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Bu da onu göstərir ki, iki dost və qonşu ölkə bir-birinə çox bağlıdır. Diqqətəlayiq haldır ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bütün bunlar Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını bu gün son dərəcə dəyərli münasibətlər nümunəsinə çevirmişdir.”

Shir.az xəbər verir ki, bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycan və Gürcüstanın mühüm rol oynamalarına dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları diqqətə çatdırıb: “Məlumdur ki, Azərbaycan və Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında xüsusi rola malikdirlər. Bu barədə mətbuata bəyanatla etdiyi çıxışında öz fikirlərini bildirən cənab Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimizin birgə həyata keçirdiyi enerji, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və təkcə Cənubi Qafqazın deyil, həm bütün Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu gün Avropanın enerji təhlükəsizliyi haqqında Azərbaycanın və Gürcüstanın rolu vurğulanmadan danışmaq mümkün deyil. Hazırda Azərbaycan qazı Gürcüstan da daxil olmaqla 12 ölkəyə ixrac edilir. Bu ixracın məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi qonşu ölkənin önəmini bir daha diqqət mərkəzinə çəkir. Azərbaycan və Gürcüstan nəqliyyat-kommunikasiya sahəsində əldə etdikləri nailiyyətlərlə, yeni inşa edilmiş dəmir yolları və limanları ilə Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişlər. Bütün bu üstünlüklər ölkələrimizin və xalqlarımızın milli maraqlarına xidmət edir və ümumilikdə Cənubi Qafqazın inkişafına misilsiz töhfələr verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031