Tarix: 17-04-2025, 15:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
Shir.az APA-ya istinadla xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub.
Qeyd edək ki, C.Atakişiyev bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.