Son xəbərlər:
Növbəti iki gündə külək güclənəcək                        Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək                        Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib                        Vətəndaşların xəstəlik tarixçəsinə dair məlumatlar “mygov” platformasına daxil edilib                        250-dən çox şagirdin ilkin imtahan nəticəsi ləğv olundu                        Paşinyan Putini Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırıb                        Sabah yağış yağacaq - PROQNOZ                        İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi                        Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir                        Ərazi müdafiəsinin təsnifatı ilə bağlı qanunvericilikdə dəyişiklik edilib                        Prezident İlham Əliyev Rauf Vəliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib                        Azərbaycanda 1 milyondan artıq elektron poçt bloklandı                        Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək                        AYB Prezident İlham Əliyevə məktub göndərib                        Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM                        Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub                        KİV: Bakı Yaxın Şərq danışıqlarında aparıcı vasitəçiyə çevrilir                        Bu gün ali məktəblərə ixtisas seçimi başlayır                        Neft həftəyə bu qiymətlə başladı                        Türkiyədə daha bir neçə zəlzələ qeydə alınıb                        Ürəyin Seçimi: Sevgi hər kəs üçün deyil…                        Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib                        Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib                        Qətər XİN: Azərbaycan və Ermənistan arasında saziş Qafqazda təhlükəsizliyi və sabitliyi gücləndirəcək                        Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq                        İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq                        Monteneqro XİN başçısı: Sazişin ABŞ-də imzalanması sülhə mühüm töhfədir                        İtaliya XİN Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları tarixi adlandırıb                        İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib                        Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır                       
Tarix: 11-07-2024, 15:17

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində baş vermiş faciəni bəşər tarixində “qara ləkə” adlandırıb və belə hadisələrin təkrarlanmasının yolverilməz olduğunu vurğulayıb.

Shir.az xəbər verir ki, bu barədə Türkiyə liderinin Srebrenitsa soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasiminin iştirakçılarına videomüraciətində deyilir.

“Bu cür vəhşiliklər dünyanın heç bir yerində baş verməməlidir. Biz bu faciəni unutmayacağıq və Srebrenitsanın unudulmasına imkan verməyəcəyik”, -deyə dövlət başçısı əmin edib.

Türkiyə Prezidenti Bosniya və Herseqovina sakinlərinə başsağlığı verib, beynəlxalq məhkəmənin hökmünə baxmayaraq, hələ də soyqırımı faktını dananların, hərbi cinayətləri təşviq edənlərin olduğunu qeyd edib. “Bütün bunlar dərin təəssüf hissi doğurur”, -deyə siyasətçi vurğulayıb.

Ərdoğan müharibədən sonrakı dövrdə Balkan ölkəsində öz ata-baba yurdlarına qayıdan insanların hüquqlarının pozulmasına da diqqət çəkib. “Etnik mənsubiyyətindən asılı olmayaraq, Bosniya və Herseqovina sakinləri özlərini təhlükəsiz hiss etməlidirlər”, –deyə Türkiyə Prezidenti bildirib.

Türkiyə lideri vurğulayıb ki, Ankara Bosniya və Herseqovinada sabitliyin və sülhün təmin edilməsi üçün mümkün addımlar atmağa davam edəcək. “Bütün tərəflər ölkədə münaqişələrin və artan gərginliyin mənfi nəticələrindən xəbərdar olmalıdır. Türkiyə Bosniya və Herseqovinanın ərazi bütövlüyünü, siyasi birliyini və suverenliyini tam dəstəkləyir”, - deyə Ərdoğan bildirib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031