Tarix: 11-07-2024, 16:20
Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edir.
Shir.az xəbər verir ki, nazirlikdən AZƏRTAC-a bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.
Sənədlər iyulun 29-dək qəbul olunur.