Son xəbərlər:
Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                       
Tarix: 17-07-2025, 17:00

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Shir.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031