Tarix: Dünən, 14:30
2026-cı ildə təşkil olunacaq Formula-1 üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.
Shir.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və Formula-1 təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.
Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.
Qeyd edək ki, 2026-cı ildə Formula-1 təqvimi yenə 24 mərhələdən ibarət olacaq.