Tarix: Dünən, 14:00
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hava Qüvvələri rəhbərliyinin böyük hissəsi bir zərbə ilə məhv edilib.
Shir.az-ın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Katsın bəyanatına istinadən "The Times of Israel" məlumat verib.
İ.Katsın ofisi tərəfindən yayılan bəyanata əsasən, İİKK-nın hava komandanlığının ali rəhbərliyi zərbə endirilən zaman yeraltı komanda mərkəzində olub.