Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-07-2024, 10:07

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy ilə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Shir.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov indiyədək keçirilən görüşlərdə aqrar sahədə müasir texnologiyaların transferi, mütəxəssis hazırlığı, azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda uzunmüddətli təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə edildiyini xatırladıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb, kənd təsərrüfatı sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Azərbaycan tərəfi iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib. Nazir Məcnun Məmmədov macar həmkarını Azərbaycana səfərə dəvət edib, ona işğaldan azad olunan tarixi torpaqlarımızda bərpa, yenidənqurma və zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlərlə yaxından tanış olmağı təklif edib. Bu ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir, macar sahibkarları bu ərazilərdə investisiya imkanlarını dəyərləndirməyə çağırıb.

Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy öz növbəsində Macarıstanla Azərbaycanın dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması vacib əhəmiyyət daşıyır. İstvan Nagy bu dəvəti məmnuniyyətlə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər edəcəyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031