Tarix: 30-06-2025, 11:30
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.
Bu barədə Shir.az Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.
Görüş XİN-in binasında təkbətək formatda keçirilir.
Qeyd edək ki, dünən K.Kallasın İrəvana rəsmi səfəri başlayıb, o, artıq ölkə prezidenti Vaaqn Xaçaturyanla görüşüb.