Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-07-2024, 11:10

Builki Ümumdünya Əhali Gününün mövzusu bizə xatırladır ki, məlumatların toplanmasına sərmayə qoymaq problemləri anlamaq, həll yollarını uyğunlaşdırmaq və irəliləyişə nail olmaq üçün vacibdir. Maliyyə də belədir. Mən ölkələri davamlı inkişaf naminə münasib insan kapitalını üzə çıxarmaq üçün bu il keçiriləcək Gələcəyin Sammitindən maksimum yararlanmağa çağırıram.

Shir.az BMT-nin saytına istinadən xəbər verir ki, bu fikirləri təşkilatın Baş katibi Antonio Quterreş 11 İyul - Ümumdünya Əhali Günü münasibətilə üzv ölkələrə müraciətində bildirib.

BMT-nin məlumatına görə, son üç onillikdə dünya üzrə cəmiyyətlər əhali məlumatlarının toplanması, təhlili və istifadəsinin təkmilləşdirilməsində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Yaş, etnik mənsubiyyət, cins və digər amillərə görə bölünmüş yeni əhali rəqəmləri indi cəmiyyətlərin müxtəlifliyini daha dəqiq əks etdirir.

Təşkilat qeyd edir ki, bu nailiyyətlər qlobal miqyasda səhiyyə xidmətinin göstərilməsini əhəmiyyətli dərəcədə artıraraq, cinsi və reproduktiv sağlamlıqda, habelə hüquq və seçimlərdən istifadə etmək bacarığında əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb. Getdikcə artan yeni texnologiyalar insanların təcrübələrini əvvəlkindən daha ətraflı və vaxtında ölçməyə imkan verir.

BMT-nin ekspertləri bildirirlər ki, bununla belə, ən çox təcrid olunmuş icmalar məlumatlarda kifayət qədər təmsil olunmur və bu tendensiya onların həyatlarına və rifahına mənfi təsir edir. Bu problem 2024-cü il Ümumdünya Əhali Günündə də aktualdır, eyni zamanda, məlumat sistemlərində hər kəsin görünməsi, insan hüquqlarından istifadə edə bilməsi və öz potensialını reallaşdırması baxımından mühüm bir məqamdır.

“Cəmiyyətlərin kənarında olanların hüquqlarını və seçimlərini həyata keçirmək üçün bu fərdləri də saymalıyıq, çünki zəngin insan qobelenimiz ən zəif sapına qədər möhkəmdir. Məlumat və digər sistemlər kənarda olanlar üçün işlədikdə, bu, hamı üçün faydalıdır. Bəşəriyyətin rifahı naminə tərəqqi məhz bu amillərin nəzərə alınmasını tələb edir”, -deyə təşkilat vurğulayır.


BMT Əhali Fondunun son hesabatında qeyd olunur: “Dünya əhalisinin 1 milyarda çatması yüz minlərlə il çəkdi, sonra cəmi 200 il ərzində bu rəqəm yeddi dəfə artıb. 2011-ci ildə dünya əhalisinin sayı 7 milyard həddinə çatıb, 2021-ci ildə demək olar ki, 7,9 milyard təşkil edir və 2030-cu ildə təxminən 8,5 milyard, 2050-ci ildə 9,7 milyard və 2100-cü ildə 10,9 milyarda çatacağı gözlənilir.

Belə dramatik artım, əsasən, reproduktiv yaşa qədər sağ qalan insanların sayının artması ilə şərtlənir və bu, doğum nisbətlərində böyük dəyişikliklər, urbanizasiyanın artması və miqrasiyanın sürətlənməsi ilə müşayiət olunur. Artım tendensiyalarının gələcək nəsillər üçün böyük təsirləri olacaq”.

Hesabatda vurğulanır ki, yaxın keçmişdə doğum nisbətlərində və gözlənilən ömür uzunluğunda böyük dəyişikliklər baş verib. 1970-ci illərin əvvəllərində qadınların hər biri orta hesabla 4,5 uşaq dünyaya gətirirdi; 2015-ci ilə qədər bu sahədə qlobal ümumi məhsuldarlıq hər qadına 2,5 uşaqdan da aşağı düşüb.

Bu arada, orta qlobal ömür uzunluğu 1990-cı illərin əvvəllərində olan 64,6 ildən 2019-cu ildə 72,6 ilə yüksəlib. Bundan əlavə, dünyada yüksək urbanizasiya və miqrasiyanın sürətlənməsi müşahidə olunur. 2007-ci il kənd yerlərindən daha çox insanın şəhər yerlərində yaşadığı ilk il olub. 2050-ci ilə qədər dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930