Son xəbərlər:
Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                       
Tarix: 24-07-2025, 13:30

 

Braziliyanın Belin şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP30 zamanı kruiz gəmilərində 6 min nəfərin yerləşdirilməsi planlaşdırılır.

Bu barədə Shir.az Braziliyanın Prezident Administrasiyasına istinadən xəbər verir.

Bildirilib ki, COP30 üzrə Xüsusi Katiblik və “Embratur” tərəfindən imzalanan razılaşmaya əsasən, tədbir müddətində iki kruiz gəmisi müvəqqəti yaşayış yeri kimi fəaliyyət göstərəcək. Bu il noyabrın 10-dan 21-dək keçiriləcək iqlim konfransı çərçivəsində bu gəmilərdə ümumilikdə 3 900 kabinə və 6 min çarpayı təmin olunacaq.

Qeyd olunub ki, bu addım dünyanın ən böyük iqlim tədbiri üçün yerləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Yaşayış yerləri mərhələli şəkildə istifadəyə veriləcək. Braziliya ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) arasında imzalanmış razılaşmaya əsasən, təqdim edilən bütün yerləşdirmə variantları – hotellər, günlük kirayə mənzillər və kruiz gəmiləri daxil olmaqla BMT tərəfindən koordinasiya olunacaq.

İlk mərhələdə yerləşdirmə imkanları 73 ölkəyə, xüsusilə də BMT-nin təsnifatına əsasən az inkişaf etmiş ölkələr (LDCs) və kiçik ada inkişaf etmiş dövlətləri (SIDS) qrupuna aid ölkələrə təklif ediləcək. Bu ölkələrin nümayəndələri üçün gündəlik qiymət 220 ABŞ dollarına qədər müəyyən olunub. Növbəti mərhələdə isə digər ölkələrin nümayəndələri üçün yerləşdirmə variantları 600 ABŞ dollarına qədər təqdim olunacaq.

COP30 üzrə xüsusi katib Valter Koreya qeyd edib ki, bu iki böyük kruiz gəmisinin təmin edilməsi tədbirin iştirakçıları – BMT nümayəndə heyətləri, müşahidəçilər, vətəndaş cəmiyyəti təşkilatları, akademik qurumlar və biznes strukturları üçün nəzərdə tutulan çoxşaxəli yaşayış həllərinin bir hissəsidir.

Qeyd edək ki, Braziliya COP30 çərçivəsində bütün ölkələr üçün yerləşdirmə təminatını verir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031