Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 24-07-2025, 17:30

 

Bu ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 10 milyard 461,6 milyon ABŞ dolları təşkil edib.

Shir.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 24,2 % artaraq 9 milyard 38,8 milyon ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 13,5 % artaraq 1 milyard 422,8 milyon ABŞ dolları olub.

Yanvar-iyun aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,2 %, ümumi idxalında payı isə 12,3 % təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb.

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard 241,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 5 milyard 993,1 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 248,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 26,9 %, ixrac 27,5 %, idxal isə 15,2 % artıb.

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 767,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 320,3 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 447 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,1 %, ixrac 0,4 %, idxal isə 16,4 % artıb.

Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 485 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 450,8 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 34,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,3 %, ixrac 8,4 % azalıb, idxal isə 36,7 % artıb.

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 397,2 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 372,4 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 24,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,3 %, ixrac 10,6 % artıb, idxal isə 17,6 % azalıb.

Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 117,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 6 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 111,7 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 0,2 %, idxal 65,2 % artıb, ixrac 8,2 dəfə azalıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031