Tarix: Dünən, 14:00
HƏMAS və İsrail arasında birbaşa olmayan danışıqlar, böyük ehtimalla, növbəti həftə bərpa olunacaq.
Shir.az-ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının “Asharq News” telekanalı bildirib.
Daha əvvəl daxil olan məlumata görə, İsrail nümayəndə heyəti HƏMAS-dan Qəzza zolağında atəşkəsin dayandırılması ilə bağlı son təşəbbüsə cavab aldıqdan sonra danışıqların keçirildiyi Dohadan geri çağırılıb.