Tarix: Dünən, 17:00
“Yüksəliş” müsabiqəsi qalibləri arasında cəmi bir xanım var.
Shir.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru professor Hafiz Paşayev beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
“ADA kollektivimizdə qadınlar kişilərlə müqayisədə daha aktivdirlər. Təklif edirəm ki, dövlət sektorunda çalışan xanımların sayı artırılsın”, - H.Paşayev deyib.
Rektor əlavə edib ki, Beşinci “Yüksəliş” müsabiqəsindəki qaliblər arasından 2 nəfər ADA tələbəsi, bir nəfər isə ADA müəllimidir.