Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 4-10-2025, 12:00

Xətai rayonunda "5 oktyabr-Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir təşkil olunub.

Shir.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, C.Naxçıvanski adına Hərbi liseyin rəisi Anar Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Tədbirdə şıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramı çərçivəsində Xətai rayonunda yerləşən bütün məktəb və uşaq bağçaları müasir standartlara uyğun əsaslı şəkildə təmir olunur, idman meydançaları salınıb və təhsil müəssisələri müasir avadanlıqlarla təmin edilib. Rafiq Quluyev qeyd edib ki, bu diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təməl prinsiplər dayanır və bu siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayonun təhsil sahəsində qazandığı uğurlardan bəhs edən icra başçısı bildirib ki, 2024-2025-ci tədris ilində orta məktəbi bitirən 4380 nəfər məzundan, 3040 nəfəri tələbə adını qazanıb. 81 nəfər məzunumuz 650-dən yuxarı bal toplayıb. Bu rəqəm keçən il 61 olub. 5 məktəbin qəbul göstəricisi 100 faiz olub. 19 məzunumuz məktəbi qızıl medalla bitirib.

Digər çıxış edənlər Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevayanın gördüyü işlərdən danışmışlar.

Sonda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən pedaqoji fəaliyyətində fərqlənmiş, tədrisdə yüksək nəticələr əldə etmiş müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.

 

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930