Tarix: Bu gün, 09:00
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən məzuniyyətə çıxıb.
Shir.az-ın "Sputnik-Armenia"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Bu dəfə Ermənistan Baş naziri bu gündən (28 iyul-red.) avqustun 15-dək istirahətdə olacaq. Bu ay o, iyulun 18-dən 23-ü daxil olmaqla artıq məzuniyyətdə olub - ", - məlumatda qeyd olunub.