Tarix: Dünən, 15:00
Ermənistan hakimiyyəti Yekaterinburqda Ermənistanın fəxri konsulu Narek Spartakyanı geri çağırır.
Shir.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yazıb.
Qeyd olunub ki, bu qərarın səbəbi Spartakyanın Ermənistan hökumətinin Apostol Kilsəsi ilə bağlı mövqeyinə və Rusiyadan olan biznesmen Samvel Karapetyanın həbsinə narazılıq etməsidir.
Spartakyan müsahibəsində kilsəyə qarşı atılan bu cür addımların qəbuledilməz olduğunu bildirib. O, həmçinin Yekaterinburqda yaşadığını və orada qalacağını bildirib.