Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 30-07-2025, 13:00

 

Vyetnam və Azərbaycan arasında yeni yaradılmış əməkdaşlıq təməli fəal şəkildə həyata keçirilir, ticarət, investisiya və strateji layihələr, eləcə də hər iki ölkənin biznesi üçün geniş perspektivlər açır.

Shir.az xəbər verir ki, bu barədə Azərbaycanla Vyetnam arasında əldə edilən ən son ikitərəfli razılaşmalara həsr olunmuş məqalədə deyilir. Məqalə “Vietnam Investment Review” nəşrində dərc olunub.

Vyetnamın Sənaye və Ticarət Nazirliyi (MoIT) və Azərbaycanın Energetika Nazirliyi Hanoyda Vyetnam-Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirib. Bu iclas ikitərəfli əlaqələrin dərinləşdirilməsində mühüm addım olub.

Görüş Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın bu ilin may ayında Bakıya dövlət səfərindən sonra baş tutub. Səfərin yekunları üzrə Bakı və Hanoy münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlib.

Hökumətlərarası komissiyanın iclasının yekunu üzrə tərəflər 2025-2027-ci illər üçün təxminən 60 konkret təşəbbüsü əhatə edən 17 əsas əməkdaşlıq istiqamətini razılaşdırıblar. Energetika, ticarət, investisiya, kənd təsərrüfatı, yüksək texnologiyalar və nəqliyyat prioritet sahələr olaraq müəyyən edilib.

"Hər iki tərəf neft-qaz sektorunda əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyib və bunu strateji uzunmüddətli prioritet kimi qiymətləndirib. Onlar iki nazirlik arasında imzalanmış Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu səmərəli şəkildə həyata keçirməklə bağlı razılığa gəliblər", - belə Vyetnamın Ticarət və Sənaye Nazirliyinin Xarici bazarların inkişafı departamentində görüşü şərh ediblər.

Nəşr qeyd edir ki, Azərbaycan dünyada neft və təbii qazın böyük istehsalçısı və ixracatçısı kimi tanınır. Bu ölkədə neft və qaz hasilatı zəngin tarixə malikdir, paytaxt Bakı isə mexanikləşdirilmiş neft hasilatı və nəqlinin beşiyi hesab olunur.

Həmçinin qeyd olunur ki, bir neçə il bundan əvvəl Vyetnamın “PetroVietnam” neft və qaz korporasiyası Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlığa dair saziş imzalayıb.

Hökumətlərarası komissiyanın iclasının gündəliyində bərpa olunan enerji mənbələri, enerji keçidi, İKT və süni intellekt sahələrində birgə layihələr də yer alıb.

Bununla yanaşı, tərəflər müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensivləşdirilməsi, iqtisadi forumlar və seminarların keçirilməsi, eləcə də iki ölkənin biznesləri arasında birbaşa əlaqələri dəstəkləmək üçün Vyetnam-Azərbaycan Biznes Şurasının yaradılması barədə razılığa gəliblər.

Müzakirələr çərçivəsində qarşılıqlı investisiyalar və ticarət üçün daha əlverişli hüquqi şərtləri təmin edəcək sazişlərin, o cümlədən investisiyaların qorunması haqqında müqavilə və məhsulların sertifikatlaşdırılması və standartların tanınması haqqında sazişin hazırlanması ilə bağlı tədbirlər təklif edilib.

Vyetnamın sənaye və ticarət naziri Nquyen Hoanq Lonq hökumətlərarası komissiyanın iclasının sonunda qeyd edib ki, iki ölkənin iqtisadiyyatları qarşılıqlı tamamlayıcı potensiala malikdir. Onun sözlərinə görə, Vyetnam kənd təsərrüfatı, tekstil və elektronika məhsullarınn ixracını artırmağa hazırdır, Azərbaycan isə xam neft, pambıq lifi və yüngül sənaye üçün xammalın perspektivli tədarükçüsü kimi nəzərdən keçirilir.

Vyetnamın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 702,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 730 % çoxdur. 2023-cü ildə 52 milyon ABŞ dollarına qədər azalmaya baxmayaraq, 2024-cü ilin birinci rübündə artım müşahidə olunur: qarşılıqlı ticarətin həcmi 100 milyon ABŞ dollarını ötüb.

Vyetnam Azərbaycana əsasən kompüterlər, mobil telefonlar və ehtiyat hissələri, eləcə də akvakultura məhsulları ixrac edir, Azərbaycandan isə bu ölkəyə xam neft və neft məhsulları idxal olunur.

Nquyen Hoanq Lonq bildirib ki, iki ölkənin iqtisadiyyatı bir-birini tamamlayır. Vyetnam yüngül sənaye və kənd təsərrüfatı məhsulları ixrac edə, Azərbaycan isə tekstil hesabına Vyetnama ixracı artıra bilər.

İclasda qəbul olunmuş birgə bəyanatda qeyd edilir ki, iki ölkə ikitərəfli investisiya və ticarətin inkişafı üçün mövcud mexanizm və əməkdaşlıq çərçivələrindən biznesin səmərəli istifadəsinə kömək edəcək həllərin axtarışını aktivləşdirməyi razılaşdırıblar.

Tərəflər dəmir yolu, dəniz və hava marşrutlarının inkişafı da daxil olmaqla, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istismarı mühüm istiqamət kimi qeyd edilib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031