Tarix: 8-04-2025, 14:30
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Shir.az xəbər verir ki, iki gün ərzində nazir 312 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 198 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 34-ü Vətən müharibəsi iştirakçısıdır.