Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 30-07-2025, 16:00

 

Azərbaycan qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəkləyir və bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Shir.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində işə başlayan BMT-nin Qida Sistemləri üzrə II Sammitində (UNFSS+4) çıxışı zamanı bildirib.

Tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən M. Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. İqlim dəyişikliyi və digər qlobal çağırışların aqro-ərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb.

Nazir əlavə edib ki, elm və innovasiya kənd təsərrüfatının transformasiyasının mərkəzində olmalı, aqrar sahədə innovasiya və davamlılığı təşviq etmək üçün birgə layihələr həyata keçirilməli, texnologiya transferi təşəbbüsləri və maraqlı tərəflər arasında ən yaxşı təcrübələrin mübadiləsi təşviq olunmalıdır.

O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə iqlim maliyyəsi üzrə tarixdə ilk dəfə mühüm razılığın əldə olunduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

M. Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammiti çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb. Görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub. Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Səfər çərçivəsində nazir Melkassa Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub, sınaq əkin sahələrinə baş çəkib. Bildirilib ki, mərkəzdə aqrar sahədə məhsuldarlığın artırılması, iqlim dəyişikliyinin əkinçiliyə təsiri, zərərvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır və davamlı əkinçilik təcrübələri təşviq olunur.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031