Tarix: Bu gün, 10:30
Sentyabrın 4-ü saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Shir.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.