Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Shir.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü (hər iki halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 53.4-cü (ikinci halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 53.4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü maddəsinə uyğun olaraq, üzərinə həbs qoyulmuş dövlət əmlakının icra məmurunun sifarişi əsasında hərracda satılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.2. həmin Qanunun 62.19-cu maddəsinə uyğun olaraq, elektron hərracın keçirilməsi qaydasını, elektron hərracda iştirak haqqının və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 6, maddə 541; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 may tarixli 399 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə “150.3-1-ci maddəsinin ikinci hissəsində” sözləri “150.3-1-ci maddəsinin ikinci abzasında” sözləri ilə əvəz edilsin;
3.2. 1.9-cu bənddə “, 150.3-1-ci” sözləri “maddələrində, 150.3-1-ci maddəsinin birinci abzasında” sözləri ilə əvəz edilsin;
3.3. 1.10-cu bənddə “hissəsində” sözü “abzasında” sözü ilə əvəz edilsin.
4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I); 2025, № 6, maddə 544) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “hissələrində” sözündən sonra “, 53.4-cü (hər iki halda) və 62.19-cu maddələrində” sözləri əlavə edilsin;
4.2. 2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-2-ci və 2.1-3-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 53.4-cü (ikinci halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;
4.3. 2.6-cı bənd ləğv edilsin;
4.4. 2.6-1-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə “hissəsində” sözündən sonra “və 53.4-cü maddəsində (birinci halda)” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 108) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bəndə “Nazirliyi” sözündən sonra “, təhlükəli maddələrə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 1.5-1-ci və 1.5-2-ci bəndlər əlavə edilsin:
“1.5-1. həmin Qanunun 6.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə minatəmizləmə fəaliyyəti üzrə icraçı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olduqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər icraçılar olduqda isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.5-2. həmin Qanunun 6.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.7-1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 59.7-1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 59.7-1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.4. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-1-ci (hər iki halda), 11.2-2-ci, 11.2-3-cü, 11.2-4-cü (hər iki halda), 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı, 75.1.7-ci (ikinci halda) maddələrində, 75.2-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.5. həmin Qanunun 11.2-1-ci (birinci halda), 11.2-3-cü maddələrində və 75.2-1-ci maddəsinin birinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 11.2-1-ci (ikinci halda), 11.2-2-ci, 11.2-4-cü (birinci halda), 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı, 75.1.7-ci (ikinci halda) maddələrində, 75.2-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 11.2-4-cü (ikinci halda) maddəsində və 75.2-1-ci maddəsinin ikinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə “və 139.4-cü maddələrinin üçüncü cümlələrində” sözləri “maddəsinin üçüncü cümləsində, 59.7-1-ci (hər iki halda) maddəsində, 139.4-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:
“3.3-1. həmin Məcəllənin 59.7-1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;
3.3-2. həmin Məcəllənin 59.7-1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561) aşağıdakı məzmunda 5.36-2-ci bənd əlavə edilsin:
“5.36-2. həmin Məcəllənin 381.15-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxır;”.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 13-1.1-ci bəndində “maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə münasibətdə)” sözləri “(audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə münasibətdə), habelə 381.15-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə” sözləri ilə əvəz edilsin.
6. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bəndə “10.2-ci,” sözlərindən sonra “11.2-1-ci (hər iki halda), 11.2-2-ci, 11.2-3-cü, 11.2-4-cü (hər iki halda),” sözləri, “74.3-cü,” sözlərindən sonra “75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı,” sözləri, “75.1.7-ci” sözlərindən sonra “(hər iki halda)” sözləri, “75.2-ci” sözlərindən sonra “maddələrində, 75.2-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində” sözləri əlavə edilsin və həmin bənddən “65.2.3-cü,” sözləri çıxarılsın;
6.2. 2.5-ci bəndə “10.2-ci,” sözlərindən sonra “11.2-1-ci (ikinci halda), 11.2-2-ci, 11.2-4-cü (birinci halda),” sözləri, “74.3-cü,” sözlərindən sonra “75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı,” sözləri, “75.1.7-ci” sözlərindən sonra “(hər iki halda)” sözləri, “75.2-ci” sözlərindən sonra “maddələrində, 75.2-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində” sözləri əlavə edilsin və həmin bənddən “65.2.3-cü,” sözləri çıxarılsın;
6.3. 2.5-1-ci bənd 2.5-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
“2.5-1. həmin Qanunun 11.2-4-cü (ikinci halda) maddəsində və 75.2-1-ci maddəsinin ikinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;
6.4. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:
“2.11. həmin Qanunun 11.2-1-ci (birinci halda), 11.2-3-cü maddələrində və 75.2-1-ci maddəsinin birinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.