Tarix: Bu gün, 09:30
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qətərin paytaxtı Dohaya Qəzza və regional məsələləri müzakirə etmək məqsədilə getdiyi səfər çərçivəsində İsrailin Xarici Kəşfiyyat Xidməti olan MOSSAD-ın direktoru David Barnea ilə görüşdüyü iddia olunub.
Shir.az xəbər verir ki, xarici mediadan yayılan və irəli sürülən həmin iddia diplomatik mənbələr tərəfindən təkzib edilib.
Diplomatik mənbələr iddia ilə bağlı açıqlama verərək bildirib ki, Hakan Fidan belə bir görüş keçirməyib. Onların eyni vaxtda Dohada olmaları tamamilə təsadüf idi.
Qeyd edək ki, avqustun 13-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohaya rəsmi səfər edib.