Baş Prokurorluğun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinasının mükafatlandırılma mərasimi baş tutub.
Shir.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında hüquqi biliklərin artırılması, Konstitusiya və dövlətçilik dəyərlərinin təbliğ edilməsi olub.
Viktorinanın qalibi – Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantlarından ibarət komanda Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən mükafatlandırılıb. Qalib komandaya sertifikat və qiymətli hədiyyələr təqdim edilib.
Mərasimdə çıxış edənlər bu kimi tədbirlərin hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılmasında və gənclərin hüquqi düşüncəsinin inkişafında mühüm rol oynadığını bildiriblər.
Qeyd edək ki, viktorina “Dövlət Suverenliyi Günü” çərçivəsində təşkil olunub.