Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 26-08-2025, 14:00

 

Rusiyanın "Natsproektstroy" şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb.

Shir.az bu barədə Rusiya şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycanda 1 520 Siqnal ("Natsproektstroy"a daxildir) mütəxəssisləri Ucar-Hacıqabul dəmir yolu sahəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər: "Bununla da Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılması başa çatıb".

Bu, Bakı-Böyük Kəsik xəttində sərnişin qatarlarının hərəkət sürətini saatda 100kilometrdən 140 kilometrə qədər artırmağa imkan verəcək.

Yük qatarları üçün bu göstərici saatda 80kilometrdən 120 kilometrə qədər artacaq. Qatarlar arasındakı interval perspektivdə 20 dəqiqədən 8 dəqiqəyə qədər azalacaq.

İşlər Ucar-Hacıqabul sahəsində aparılıb, burada köhnəlmiş rele sistemləri əvəzinə müasir rəqəmsal avtomatika tətbiq edilib. İndi stansiya dispetçerləri məsafədən, kompüter vasitəsilə yol dəyişdiricilərini və işıqforları idarə edə, marşrutları təyin edə, cihazların parametrlərini nəzarətdə saxlaya və avadanlıqların nasazlıq əlamətlərini vaxtında aşkar edə biləcəklər.

Yeni sistem altı stansiyanın, 19 keçidin və 120-dən çox yol dəyişdiricisinin işini idarə edəcək.

Layihə "Rail Trans Service" şirkəti ilə tərəfdaşlıqda həyata keçirilib, sifarişçi isə "Azərbaycan Dəmir Yolları" QSC-dir.

Xatırladaq ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirini nəzərdə tutan layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb.

Hesablamalara görə daşımalar ildə 5 milyonton olduqda, Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 ədəd olmalı və əlavə 50 yeni lokomotiv alınmalıdır.Həmin yol mənzilində tələb olunan yük vaqonlarının orta sayı 1 500 ədəd olmalı, əlavə olaraq 30 ədəd şərnişin vaqonu alınmalıdır

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantı olaraq 102,3 km-i əhatə edir. Bu xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Layihənin maliyyə tutumu 1,1 milyard ABŞ dollardan artıqdır. Onun 775 milyondolları Azərbaycan tərəfinin sərmayələri ilə Gürcüstanın, 345 milyon dolları isə Türkiyənin payına düşür.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930