Bu gün Bakının Xətai, Səbail və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
Bu barədə Shir.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Səbail rayonunda istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Xəzər rayonunda isə qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonunun M. Hadi və X.Məmmədov küçələrinin, Səbail rayonunun Y.Bədəlov və Nestrov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.