Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 28-08-2025, 20:00

 

Dekabrın 3-4-də Bakıda ilk dəfə "Go Net Zero Energy - Xəzər və Mərkəzi Asiya" sammiti keçiriləcək.

Shir.az "Globuc" şirkətinə istinadən xəbər verir ki, tədbirin mövzusu "Regionun təmiz enerji inkişafı potensialının açılması" olacaq. Sammit dayanıqlı energetika və enerji keçidi sahəsində aparıcı oyunçular üçün dialoq platforması rolunu oynayacaq.

Sammitin əsas mövzuları təmiz enerji sahəsində tənzimləmə və infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi, bərpa olunan enerji mənbələrinin (BOEM) enerji sistemlərinə inteqrasiyası, enerji keçidi üçün innovativ texnologiyaların tətbiqi, "yaşıl hidrogen" istehsalının perspektivləridir.

Azərbaycan 2027-ci ilə qədər enerji sektorunu üçdə bir "yaşıl" etmək hədəfi qoyub. Özbəkistan və Qazaxıstan da bu sahədə qanunvericilik təşəbbüslərini irəli sürür və elektrik şəbəkələrini modernləşdirirlər. Bu baxımdan, sammitdə xüsusilə tənzimləyici islahatlara, vergi stimullarına və sərhədlərarası infrastrukturun inkişafına diqqət yetiriləcək.

Praktiki nümunələr sırasında Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Xəzərdə dəniz külək parklarının qurulması layihələri yer alır. BOEM-lərin enerji sistemlərinə sürətlə inteqrasiyası fonunda enerji saxlama texnologiyaları, rəqəmsal həllər və hibrid modellər enerji balansının qorunmasında əsas müzakirə mövzularından olacaq.

Sammitdə xüsusi diqqət "yaşıl hidrogen"ə yönələcək. Bu sahə region üçün strateji əhəmiyyət daşısa da, eyni zamanda çətinliklərlə üzləşir - su ehtiyatlarının məhdudluğu, duzsuzlaşdırma texnologiyalarına ehtiyac, yüksək istehsal xərcləri və iri infrastruktur tələb olunur. Forumda bu istiqamətin ixrac potensialı və Avropa İttifaqının marağı ayrıca müzakirə ediləcək.

Qeyd edək ki, Sumqayıtda "yaşıl hidrogen" istehsalının başlanması planlaşdırılır.   Milli planlara əsasən, 2027-ci ilə qədər Azərbaycanda ümumi gücü 2 QVt olan səkkizsənaye günəş və külək elektrik stansiyası inşa ediləcək. Layihələrin maliyyələşdirilməsi üçün 2,7 milyard ABŞ dolları həcmində yerli və xarici investisiya cəlb olunacaq.

Bu stansiyalar hər il 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə imkan verəcək, bərpa olunan enerji mənbələrinin payı enerji sistemində 32,6 %-ə çatacaq, 1,2 milyard kubmetr qaz qənaət olunacaq və istixana qazı emissiyaları 2,5 milyon ton azaldılacaq.   Azərbaycanın 2030-cu ilə qədər məqsədi isə BOEM üzrə quraşdırılmış gücü 6 QVt-a çatdırmaqdır. Bunun 4 QVt-ının ixracı planlaşdırılır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930