Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 4-09-2025, 04:31

 
Azərbaycanda qadın olmaq çətindir, lakin boşanmış qadın olmaq - ikiqat mübarizə deməkdir. 

Azərbaycanda qadın olmaq, xüsusən də boşanmış bir qadın kimi həyatına davam etmək çox çətin və bəzən ədalətsiz olur. Boşanmış qadınlara qarşı cəmiyyətin sərt baxışları, etiketləmələr və laqeyd münasibətlər onların həyat yükünü daha da ağırlaşdırır.

Onlar təkcə ailə dağılmasının travması ilə deyil, həm də cəmiyyətin qərəzli münasibəti ilə üzləşirlər. Halbuki boşanmaq nə ayıb, nə də günahdır - bu, iki insanın birgə yaşaya bilmədiyini qəbul etməsidir. Lakin bizdə qadın boşanıbsa, dərhal ona “problemli” damğası vurulur, halbuki eyni vəziyyətdə olan kişi cəmiyyət tərəfindən “azad” və ya “yeni həyata başlamağa hazır” kimi qəbul edilir.

Boşanmış qadınlar həm ata, həm ana olurlar. Həyat yükünü təkbaşına daşıyırlar, lakin buna baxmayaraq, onlara güvənsizliklə, şübhə ilə baxılır. Halbuki onlar çox zaman ailəni qorumağa çalışan, səbr edən, sonda məcbur qalıb bu yolu seçən tərəf olurlar.

Ən acısı isə odur ki, qadını anlayacaq, dəstək olmalı olan insanlar - qadınlar belə çox zaman bir-birinə qarşı anlayışsız olur. Amma qadın bir cəmiyyətin əsas sütunudur. Boşanmış qadın da bu cəmiyyətin içində qürurla, ləyaqətlə yaşamaq haqqına sahibdir və bu haqqı heç kim ona çox görməməlidir!

Cəmiyyətimizdə həqiqətən də taleyi gətirməyən, həyatında zərbə alan qadınlara qarşı çox ədalətsiz münasibət var. Hər cür oyundan çıxan ( iraq yaxşılardan) ailə qurmaq üçün doğru-dürüst dəyər verməyən “qız”ları asanlıqla alıb arvad edirsiniz, amma boşanmış qadına başqa gözlə baxırsınız. Sanki boşanmaq onun ən böyük günahı, qəbahətiymiş kimi.

Unutmayın ki, heç kim sığortalanmayıb bu həyat dərdindən. Bu sizin ailənizin, bacınızın, gələcəkdə qızınızın da başına gələ bilər. Kiminsə taleyi pisə döndüyündə, ona anlayışla, dəstəklə yanaşmaq insanlıq borcudur, yoxsa qınamaq, damğalamaq yox.

Boşanmış qadınların həyatını çətinləşdirən, onları cəmiyyətdən təcrid edən, aşağılayan münasibətlər yox, sevgi, hörmət və anlayış olmalıdır. Hər bir qadın - boşanmış da olsa, təkrar xoşbəxt olmağa, hörmətlə yaşamağa layiqdir.

Qadın özünə dəyər verirsə, sərhədlərini qoruyursa, kiməsə asanlıqla güvənmirsə, dərhal ona “dik baş” və ya “yekəxana” damğası vurulur. Amma əgər asanlıqla hər kəsə güvənər, səmimiyyətini paylaşar, üzünə gülərsə, onu da “quşbeyin” adlandırırlar. Bu, cəmiyyətin acı reallığıdır - qadın nə etsə, yenə qınanır.

Mən isə deyirəm ki, təkliyi seçmək, özünə hörmət etmək, düzgün münasibət üçün gözləmək heç də zəiflik deyil. Xüsusilə boşanmış və iki uşaq anası olaraq sən bu seçiminlə həm gücünü, həm də əzmini göstərirsən.

Bəzi kişilərə isə - əgər başa düşmürsünüzsə, yanımızda oynamağa ehtiyac yoxdur. Gedin öz dünyanızda qalın…

Əsl kişi - keçmişə deyil, insanın özünə baxandır. Boşanmış qadına sevgi ilə yanaşan, onun yaralı qəlbinə məlhəm olan, “mən burdayam” deyib sözünü əməli ilə sübut edəndir.  
Qorxmadan yanında duran, keçmişini deyil, gələcəyini düşünəndir.
Çünki kişi olmaq - yalnız cins deyil, duruş məsələsidir!

Qadınlar, güclü olun, özünüzə qiymət verin! Başqalarının düşüncələri sizi yoldan çıxarmasın!

Unutmayaq: Hər bir qadın - güclü, dəyərli və hörmətə layiqdir!

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031