Tarix: Dünən, 11:30
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Shir.az reporta istinadən xəbər verir ki, rayon sakini Quliyevin idarə etdiyi BMV markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərdən hamısı polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.