Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 14-09-2025, 00:30

  

Hər fəslin öz nağılı, öz rəngi, öz nəfəsi var. Amma mənim üçün fəsillər içində bir tək payızın nəfəsi ruhuma toxunur, qəlbimi oxşayır, sanki içimdəki bütün qarışıqlıqları bir-bir yığıb toplayır və dərin bir sükutla dinlədir məni... Payızda susmaq belə daha gözəldir. Bəli, mən bir payız sevdalısıyam!

Hər sentyabrın ilk günü ilə birlikdə içimə sanki bir ilıq təbəssüm yayılır. Soyuq səhərlər, sarı yarpaqların sakitliyi, torpaqla yağışın qarışan qoxusu... Bütün bunlar mənim üçün depressiya deyil, əksinə, ruhun dincliyə çəkilməsidir. İnsan sükutda, sərinlikdə, təbiətin özünə qapanmasında özünü daha yaxşı eşidir, daha çox anlayır. 

İnsanlar tez-tez deyirlər: “Payız gələndə adamda bir qəribə boşluq olur, depressiya çökür.” Amma bəlkə də həmin “boşluq” bizə lazımdır. Çünki insan da təbiət kimidir, hər zaman gülə bilməz, hər zaman parlaq ola bilməz. Bəzən saralmaq, səssizləşmək, durulmaq lazımdır. Elə payız da bu durğunluq içində yenilənməyə aparan ən təbii keçiddir.

Yayda dünyaya gəlsəm də, nə günəşin qızmarı, nə səs-küylü istisi mənə toxuna bilir. Yay mənə həddindən artıq yorucu gəlir. Əksinə, payızın bir az üşüdən, amma sığal çəkən havası, insanın içinə işıq kimi süzülən o sarı işığı, yarpaq hışıltısı məni dinləndirir. Payızda göz yaşı da sanki daha içdən gəlir, dua da daha çox qəbul olunur kimi hiss edirəm.

Payız mənim üçün yalnız bir fəsil deyil, bir duyğudur. Özümü tapdığım, özümlə baş-başa qaldığım bir mərhələdir. Təbiət susar, mən danışaram. Dünya yavaşlayar, mən düşünərəm. Küləksiz payız səhərləri, sükut içində içimlə danışdığım anlar – bəlkə də elə həyatın ən saf formasıdır.

Və hər dəfə sarı yarpaqlar ayağımın altında xışıldayanda bir daha anlayıram: Mən öz ruhumu payızda tapıram.  
Rəbbimə min şükür, bu gözəlliyi bizə bəxş etdiyi üçün.

Payızın sarı səssizliyində özünü tapan bir qadın...  
Ruhunu yağışdan sonrakı torpaq qoxusunda, saralmış yarpaqların arasında tapan bir qələm...  
Mən - Nazlı Onur. Bu yazı da mənim ruhumun bir payız səhifəsidir.

Nazlı Onur


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031