Son xəbərlər:
Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                       
Tarix: 25-07-2024, 15:25

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş sayca ikinci müsabiqə prosesi nəticəsində Xarici İşlər Nazirliyində (XİN) əmək fəaliyyətinə başlamış gənc diplomatlar ilə görüşüb.

Shir.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov çoxmərhələli müsabiqə prosesini uğurla tamamlayaraq diplomatik xidmət orqanlarında işə başlayan gənc diplomatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Diplomatik fəaliyyətlərinə dövlət başçısı tərəfindən müəyyən olunan xarici siyasətin icrasına məsul olan Xarici İşlər Nazirliyində başlayacaq gənclərə bu məsuliyyətli fəaliyyətdə malik olduqları akademik, praktiki bilik və bacarıqları tətbiq etmək istiqamətində müvafiq tövsiyələr verilib.

Azərbaycanın diplomatiya tarixi, xarici siyasətinin əsasları, prioritetləri barədə ətraflı məlumat verən Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hazırkı müstəqil, suveren və ambisiyalı xarici siyasət kursunun əsasında müstəqillik dövrünün mürəkkəb şəraitində Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş çətin qərarların durduğunu vurğulayıb.

Müstəqilliyin ilk illərində üzləşilən hərbi işğal və münaqişə çağırışlarının aradan qalxması ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində regional və qlobal təhdidlərlə mübarizədə təşəbbüs sahibi, habelə bu təşəbbüsləri həyata keçirmək iqtidarında olan bir ölkə kimi çıxış etdiyi bildirilib. Post-sovet ölkələri arasında ilklərdən biri olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyin, Qoşulmama Hərəkatında nümunəvi sədrliyin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyin uğurla həyata keçirilməsinin bunun əyani sübutu olduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfindən aparılan fəal xarici siyasət kursunun uğurlu icrası istiqamətində diplomatların daim öz bilik və bacarıqlarının artırılması üzərində çalışmalı olduqları bildirilib, bu istiqamətdə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək bir sıra proqramlar vasitəsilə prosesin dəstəklənəcəyi qeyd olunub.

Qeyd edək ki, yazılı imtahan (test tapşırıqları, analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması hissələri) və müsahibə mərhələlərindən ibarət işə qəbul müsabiqəsinin nəticələrinə əsasən, ümumilikdə 57 namizəd (29 qadın və 28 kişi) müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurub. Həmin namizədlərdən 35 nəfər artıq Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, yaxın müddət ərzində isə bu istiqamətdə digər təyinatların edilməsi nəzərdə tutulur.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031