Tarix: Bu gün, 13:00
Hadrutda istifadəyə verilən məsciddə eyni vaxtda 210 nəfər ibadət edə biləcək.
Shir.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə Hadruta təşkil olunan mediaturda məlumat verilib.
Bildirilib ki, məsciddə kişilərin birinci, qadınların isə ikinci mərtəbədə ibadət etmələri nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.