Son xəbərlər:
DSX-də Yeni Təyinat: General-mayor Nəsib Mirzəyev Baş İdarə Rəisi Oldu                        Generalın oğlu keçmiş sevgilisindən üzr istədi                        Kamran Əliyevin rəhbərliyi ilə Geniş Kollegiya iclası keçirilib                        Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı                         Sabah Bakıya yağış yağacaq                        Nazirlər Kabineti qrantlarla bağlı qaydalara dəyişiklik etdi                        Prokurorlara yeni səlahiyyət verilir                        Yol polisi sürücülərə xəbərdarlıq etdi                        "Hər əməlin öz cavabını tapır"-                        Место Азербайджана там, где будут реально решаться судьбы мира - РАСКЛАД от Новруза Аслана                        DİN-də 2025-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib                        Məktəblilərin qış tətili başlayır                        Bu gün Arzu Əliyevanın ad günüdür                        Ana fəryadı: 2019-cu il təvəllüdlü Nihadın müalicəsi üçün köməyə ehtiyac var                        Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi                        Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                       
Tarix: 17-09-2025, 16:30

 
“Azərbaycan 2023-cü ilin 19 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzuru bütünlüklə özünün suveren nəzarəti altına götürdü, bu ərazilərdə konstitusiya quruluşunu bərpa etdi və artıq iki ildir ki, həmin torpaqlarda həyatı sıfırdan qurmaqla yenidən bərpa edir. Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti iki il bundan öncə Qarabağda cərəyan edən hadisələrin birbaşa iştirakçılardan biri olub. AzQAC özünün humanitar fəaliyyəti ilə hər zaman dövlətimizin yanında olduğunu nümayiş etdirib, üzvlərinin və əməkdaşlarının fədakarlıqları sayəsində öz missiyasına sadiqliyini bir daha isbatlayıb.”


Bu sözləri Shir.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

Millət vəkili AzQAC-ın 2023-cü ildə Qarabağın erməni icmasına humanitar yardım göndərməsindən danışaraq, bu yolda erməni separatçılarının törətdikləri əngəllərdən və bölgədə gərginliyi daha da artırmaq cəhlərindən bəhs edib: “Həmin dövrdə ermənilər və onların havadarları Azərbaycanı Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham etməyə də çalışırdılar. Hətta Ermənistanın havadarlarının dəstəyi ilə bəzi beynəlxalq təşkilatlar və informasiya agentlikləri Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli (erməni icması) sakinlərin ərzağa olan ehtiyacları barədə dezinformasiyalar yaymağa başlamış və bununla da Azərbaycana qarşı qarayaxma kampaniyası keçirməyə cəhd göstərmişdilər. Əlbəttə ki, bütün bunlar uydurma cəfəngiyyatdan başqa bir şey deyildi. Lakin bunu dünyaya sübut etmək üçün konkret addımlar atılmalı idi. Həm də təkcə dövlət tərəfindən yox. Antiterror əməliyyatı başlamazdan cəmi bir ay əvvəl – 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq Qarabağ İqtisadi Rayonunda yaşayan erməni icmasına lazımi humanitar yardımı etməyə hazır olduğunu bildirdi və bu barədə rəsmi bəyanat yayaraq, öz mövqeyini göstərdi. Bunun üçün ilk növbədə həmin ərazilərdə qiymətləndirmə işlərinin aparılması vacib olduğuna baxmayaraq, belə bir imkanın olmaması səbəbindən ilkin olaraq, un məmulatı ilə yardımın edilməsi qərara alındı. Bundan sonra avqustun 29-da Cəmiyyətimizin 2 TIR-dan (ümumilikdə 40 ton) ibarət yardım karvanı yola düşdü. Lakin separatçı rejim bu yardımı qəbul etməkdən imtina etdi. Bu fakt Azərbaycanın sülh və insani dəyərlərə sadiqliyinin, separatçıların isə bölgədə gərginlik yaratmaq niyyətində olduqlarının açıq sübutu idi. Separatçı qüvvələrin yükün çatdırılmasına törətdikləri maneələrə görə AzQAC-ın rəhbər heyəti, əməkdaşları və könüllüləri Rusiya sülhməramlı kontingentinin postu qarşısında qurduqları çadırlarda 29 gün gecələməli olmuşdular. Danışıqlar Rusiya sülhməramlı kontingentin rəhbərliyi ilə AzQAC-ın yardımdaşıyan heyəti tərəfindən aparılırdı. Təəssüf ki, AzQAC-ın ənənəvi tərəfdaşları olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) bu xeyirxah missiyanın iştirakçısı kimi deyil, müşahidəçi rolunu oynamağa üstünlük vermişdilər. Hətta, AzQAC-ın bu humanitar əməliyyatına siyasi don geyindirməyə çalışmış və birgə bəyanatla bizə müraciət ünvanlamışdılar. Yalnız antiterror əməliyyatı keçirildikdən sonra, sentyabrın 26-da ərzaq yükünün Ağdam-Xankəndi yolu ilə Xocalı şəhərinə aparılaraq təyinatı üzrə təhvil verilməsi mümkün olmuşdu.”

Sonda Novruzəli Aslanov AzQAC-ın hər zaman yeni və mütərəqqi çağırışlara hazır olduğunu bildirərək fikirlərini tamamlayıb: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədaxili humanitar layihələrin həyata keçirilməsində, xüsusilə icma əsaslı layihələr çərçivəsində ehtiyacların qarşılanması məqsədilə respublikanın müxtəlif bölgələrində həssas qruplara fərq qoymadan zəruri humanitar yardımlar göstərir. Milli cəmiyyətin bu sahədə kifayət qədər təcrübəyə malik əməkdaşları var, xüsusilə beynəlxalq standartlar səviyyəsində hazırlanmış Fövqəladə Mobil Könüllü Dəstələr öz bilik və bacarıqları ilə ilk yardım və digər zəruri humanitar əməliyyatları həyata keçirmək qabiliyyətinə malikdirlər. Eyni zamanda müvafiq hökumət strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlıq barədə memorandumlar mövcuddur və AzQAC fəaliyyəti zamanı əlaqədar qurumlar tərəfindən dəstəklənir. Bu fəaliyyət istiqamətində ənənəvi tərəfdaşlarımızın humanitar dəyərlər və prinsiplər çərçivəsində xoş niyyətləri tərəfimizdən daim yüksək qiymətləndirilir və AzQAC bu sahədə əməkdaşlığa hər zaman açıqdır”.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728