Tarix: Bu gün, 13:30
Azərbaycan Milli Konservatoriyasında və Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü münasibətilə tədbir və konsert keçirilib.
Shir.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, nazirliyin əməkdaşları, mədəni-ictimai xadimlər iştirak ediblər.
Çıxışçılar dahi bəstəkar Üzeyir Hacıbəylinin bənzərsiz musiqi irsindən söz açaraq onun Azərbaycan milli musiqisinə töhfələrini qeyd ediblər.
Çıxışların ardınca bəstəkarın əsərlərindən kiçik musiqi kompozisiyaları təqdim olunub.