Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 16-02-2026, 16:00

Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir

“Fevralın 15-də Belqradda Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi. Bu tədbirin nəticələri iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinin iqtisadi və investisiya baxımından yeni mərhələyə qədəm qoyduğunu aşkar nümayiş etdirdi”.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Shir.az xəbər verir ki, millət vəkili bildirib ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsinə xüsusi diqqət ayıraraq ticarət və investisiya əlaqələrinin strateji prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb. Deputatın sözlərinə görə, dövlət başçısının birgə inşa ediləcək elektrik stansiyasını nümunə göstərməsi iqtisadi əməkdaşlığın yalnız xammal ixracı ilə məhdudlaşmadığını, yüksək əlavə dəyər yaradan layihələr vasitəsilə daha dərin tərəfdaşlığa çevrildiyini göstərir.

Novruzəli Aslanov qeyd edib ki, bu yanaşma enerji sektorunda qazın elektrik enerjisinə çevrilməsi və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı strateji planların reallaşdırılması deməkdir. Eyni zamanda, layihələr Azərbaycanın Serbiyaya və Balkan regionuna texnoloji və iqtisadi təsirinin artmasına xidmət edir.

Millət vəkili birgə bəyanatda iqtisadi komissiyaların fəaliyyətinin gücləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasının xüsusi vurğulanmasını da önəmli məqam kimi dəyərləndirib. Onun sözlərinə görə, bu mexanizm layihələrin sürətli icrasına, investisiyaların şəffaf və davamlı olmasına şərait yaradır.

Deputat əlavə edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlığın mühüm elementidir. Azərbaycanın tranzit imkanları və Serbiyanın coğrafi mövqeyi inteqrasiya edilmiş logistik şəbəkənin qurulmasına töhfə verir ki, bu da regional ticarət dövriyyəsinin artmasına zəmin yaradır.

“Belqraddakı iclas iqtisadi əməkdaşlığın davamlılığını təmin etmək üçün qarşılıqlı strateji planların hazırlanmasının vacibliyini də ortaya qoydu. Nümayəndə heyətləri razılaşdırılmış məsələləri qısa müddətdə həyata keçirməyə hazır olmalıdır. Bu, tərəfdaşlığın praktik nəticələrlə təsdiqlənəcəyini göstərir”, – deyə Novruzəli Aslanov vurğulayıb.

Sonda deputat bildirib ki, Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının açılışı iqtisadi inteqrasiyanın və investisiya əməkdaşlığının yeni standartını müəyyən edir. Energetika, nəqliyyat və birgə sənaye layihələri tərəfdaşlığı həm iqtisadi, həm də strateji baxımdan möhkəmləndirir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930