Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 15-10-2025, 11:00

 

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində oktyabrın 14-də MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

Shir.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, İDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək, iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında "MAMA – "Ana Təbiət" sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyevə layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən "yaşıl" şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək, Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.

Rəhbəri olduğu İDEA İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı "Bir damcı" layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb.

İDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.

Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA "Ana təbiət" incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.

MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün "Q" Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin "Yarımçıq qalmış, lakin əbədi" adlı sərgisinin də açılışında iştirak ediblər.

Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər.

Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm etdirir. Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma sonsuzluğa uzanan bir hekayənin parçasıdır.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930