Tarix: Bu gün, 11:00
Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib.
Shir.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edilib ki, mərhum Sabirabad rayonu Qaratəpə kəndində dəfn olunacaq.
Qeyd edək ki, o, 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.