Son xəbərlər:
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                       
Tarix: 9-02-2026, 19:30

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Shir.az fərmanın mətnini təqdim edir:

1. 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 32-ci maddəsinin on dördüncü hissəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-2-ci (ikinci halda) maddəsində, 9.2-5-ci maddəsinin birinci abzasında və 9.5-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 9.2-2-ci maddəsində “orqan (qurum)” dedikdə həmin Qanunun 9.2-1.2-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9.2-5-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 9.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 9.2-5-ci maddəsinin birinci abzasında və 9.5-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40 (Cild I); 2024, № 2, maddə 141; 2025, № 2, maddə 125) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “32-ci maddəsinin on dördüncü hissəsində,” sözləri əlavə edilsin;

3.2. 3.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.17-ci bənd əlavə edilsin:

“3.17. həmin Qanunun 32-ci maddəsinin on dördüncü hissəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.

4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292; 2025, № 5, maddə 454, № 7, maddə 650, № 11, maddə 1018) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “8-1.2-ci” sözlərindən sonra “, 9.2-2-ci (ikinci halda) maddələrində, 9.2-5-ci maddəsinin birinci abzasında, 9.5-ci (hər iki halda)” sözləri əlavə edilsin;

4.2. 2.5-1-ci bənddə “13.3-1-ci maddəsində” sözləri “9.2-5-ci maddəsinin birinci abzasında, 9.5-ci (ikinci halda) və 13.3-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.3. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. həmin Qanunun 9.2-2-ci maddəsində “orqan (qurum)” dedikdə həmin Qanunun 9.2-1.2-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9.2-5-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

4.4. aşağıdakı məzmunda 2.14-3-cü bənd əlavə edilsin:

“2.14-3. həmin Qanunun 9.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031