Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-02-2026, 11:00


ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu hadisə təkcə diplomatik protokol çərçivəsində baş tutmuş görüş deyil, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan rolunun beynəlxalq səviyyədə təsdiqidir.

Shir.az xəbər verir ki, bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev mətbuata bəyanatında ABŞ administrasiyasının ölkəmizə göstərdiyi müsbət münasibəti xüsusi vurğulayaraq, imzalanan sənədin altı aylıq intensiv işin nəticəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Vaşinqtonda başlanan dialoqun Bakı mərhələsində konkret siyasi sənədlə möhkəmləndirilməsi tərəflərin strateji baxışlarının üst-üstə düşdüyünü göstərir.

Millət vəkili əlavə edib ki, Xartiyanın əsas müddəalarından biri kimi tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməsi xüsusi siyasi məna daşıyır:

“Bu prinsipial yanaşma regionda uzun illər davam etmiş münaqişə mərhələsindən sonra formalaşan sülh arxitekturasına güclü beynəlxalq dəstək deməkdir. ABŞ kimi qlobal gücün bu mövqeni açıq şəkildə ifadə etməsi Azərbaycanın haqlı mövqeyinin diplomatik müstəvidə daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, təhlükəsizlik və antiterror əməkdaşlığının genişləndirilməsi barədə razılaşmalar Cənubi Qafqazın sabitlik zonasına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Novruzəli Aslanov vurğulayıb ki, Xartiyanın Təhlükəsizlik Əməkdaşlığı bölməsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi niyyətinin ifadə olunması tərəfdaşlığın formal xarakter daşımadığını, real mexanizmlərlə təmin olunacağını göstərir. Bu isə Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir.

Deputatın sözlərinə görə, vitse-prezidentin səfəri Azərbaycanın uğurlarını həzm edə bilməyən və müxtəlif siyasi təzyiq mexanizmlərindən istifadə etməyə çalışan bəzi dairələrə də tutarlı cavabdır:

“ABŞ-ın ən yüksək siyasi rəhbərliyinin Bakıya səfəri və strateji sənədin imzalanması göstərir ki, Azərbaycanla əməkdaşlıq praqmatik maraqlara və qarşılıqlı hörmətə əsaslanır. Bu səfər Azərbaycanın regional güc statusunun beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqi olmaqla yanaşı, ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun uğurunu nümayiş etdirir”, – deyə deputat fikirlərini tamamlayıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930