Tarix: Bu gün, 13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Mübariz Əli oğlu Əliyev vəzifəsindən azad edilib.
Shir.azAxar.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni icra edən, “qoca” ləqəbi ilə tanınan polkovnik Mübariz Əliyev təqaüdə göndərilib.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Babək Pərviz oğlu Zeynalov Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub.
Qeyd edək ki, Babək Zeynalov ötən ilin avqust ayında Ağdərədə baş vermiş yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.















































