Tarix: Bu gün, 15:00

Nihad Hafiz oğlu Muxtarlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aparat rəhbərinin müavini təyin edilib.
Shir.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Nihad Muxtarlı bu təyinata kimi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.














































