Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 4-03-2026, 11:30

Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır
Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası bir daha təsdiqlədi ki, enerji artıq təkcə iqtisadi deyil, həm də geosiyasi sabitliyin əsas sütunlarından biridir. On iki il əvvəl əsası qoyulan təşəbbüsün bu günədək davamlı və effektiv platforma kimi fəaliyyət göstərməsi Azərbaycanın strateji baxışının düzgünlüyünü ortaya qoyur. İlkin mərhələdə dialoq və qarşılıqlı etimad mexanizmi kimi formalaşan bu format hazırda Avrasiyanın enerji təhlükəsizliyinin mühüm koordinasiya mərkəzinə çevrilib.

Bu fikirləri Shir.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında zaman keçdikcə birgə müzakirələrin əhəmiyyətinin daha aydın göründüyünü xüsusi qeyd edib. Deputatın sözlərinə görə, son illərdə qlobal enerji bazarında müşahidə olunan dalğalanmalar və təchizat zəncirlərində yaranan qırılmalar sabit və etibarlı tərəfdaşlıq mexanizmlərinin vacibliyini açıq şəkildə nümayiş etdirib. Azərbaycan isə bu prosesdə etibarlı təchizatçı statusunu daha da möhkəmləndirib.

Novruzəli Aslanov bildirib ki, ölkəmizin təbii qaz ixrac etdiyi dövlətlərin sayının artması Azərbaycana olan siyasi etimadın bariz göstəricisidir: “Əgər 12 il əvvəl Azərbaycan qazı 12 ölkəyə çatdırılırdısa, bu gün həmin coğrafiya 16 dövləti əhatə edir. Bu, sadəcə statistik artım deyil, diplomatik və iqtisadi uğurun ifadəsidir. Boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz ixrac edən dövlət kimi Azərbaycanın mövqeyi həm iqtisadi, həm də siyasi çəkimizin artdığını göstərir. Xüsusilə Avropa bazarında Almaniya və Avstriya kimi yeni istiqamətlərin əlavə olunması enerji marşrutlarının şaxələndirilməsinə mühüm töhfədir.”

Deputat Azərbaycanın enerji siyasətində humanitar ölçünün də önəmli yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Suriyaya 1,5 milyard kubmetr qazın tədarükü yalnız kommersiya xarakteri daşımır, eyni zamanda sosial sabitliyə dəstək kimi qiymətləndirilməlidir.

Gələcək perspektivlərə toxunan millət vəkili bildirib ki, Şahdəniz yatağının yeni mərhələsi üzrə 2028-ci ildən etibarən əlavə 10–15 milyard kubmetr qaz hasilatı potensialı Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcək. Bu isə həm mövcud tərəfdaşların tələbatının ödənilməsi, həm də yeni bazarlara çıxış üçün möhkəm zəmin formalaşdıracaq.

Novruzəli Aslanov əlavə edib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yalnız qaz ixracı ilə məhdudlaşmır. Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması və Serbiya ilə 500 meqavatlıq yeni layihə üzrə razılaşma ölkəmizin regional enerji arxitekturasında artıq aktiv investor kimi çıxış etdiyini göstərir.

Deputatın fikrincə, enerji təhlükəsizliyi ilə iqtisadi inkişaf arasında qurulan balans Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir və ölkəmizi qlobal enerji xəritəsində aparıcı aktorlardan birinə çevirir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930