Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 17-07-2024, 13:13

“Caspian Energy Club”ın təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin iştirakı ilə növbəti “B2G Forum” keçirilib.

Shir.az xəbər verir ki,bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

“B2G Forum”da iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən bir sıra dövlət, özəl şirkətlərin top-menecerləri və nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan tədbirin fəxri qonağı Vüsal Şıxəliyev “Caspian Energy Club”a təşəkkürünü bildirib və klub üzvləri ilə əməkdaşlığın inkişafı üçün əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.

“B2G Forum” çərçivəsində Vüsal Şıxəliyev tərəfindən “Biznes mühitinin daha da yaxşılaşdırılması üzrə prioritetlər və özəl sektorla əməkdaşlıq” barədə edilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv fikir mübadiləsi ilə müşayiət olunub.

Vüsal Şıxəliyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il iyulun 13-də yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya effektiv koordinasiya, davamlı əməkdaşlıq və inklüzivliyə əsaslanan idarəetmə modeli əsasında biznes mühiti islahatlarının sürətləndirilməsinə mühüm töhfə verməkdədir.

“İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “İqtisadi İslahatların İdarəedilməsi Modeli” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası (OPSI) platformasında Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunub”, - deyə Vüsal Şıxəliyev bildirib.

Vüsal Şıxəliyev 2023-2024-cü illər ərzində komissiya çərçivəsində irəli sürülən bir sıra iqtisadi təşəbbüslər, hazırlanmış islahat layihələri haqqında geniş məlumat təqdim edib: “Bu dövr ərzində Komissiya müvafiq dövlət qurumlarının rəhbərliyi altında 35-dən çox normativ-hüquqi aktın layihəsini hazırlayıb, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunub, yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib”.

Cari il üçün olan prioritet istiqamətlərdən danışan Vüsal Şıxəliyev, biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, “yaşıl binalar” və “yaşıl tikinti” ilə bağlı norma və standartların hazırlanması və qəbulu, daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə elektron sistemin yaradılması, su şəbəkəsinə qoşulma üzrə tələb olunan prosedurların, müddətin və xərclərin azaldılması və bir pəncərə prinsipinin tətbiqi, dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşma səviyyəsinin artırılması, yaşıl maliyyələşmə kimi layihələri xüsusi vurğulayıb.

“Bundan əlavə, Rəqəmsal İdarəetmə Platforması yeni iqtisadi təşəbbüslərin tətbiqinin daha da sürətlənməsinə təkan verəcək. Bu platformadan əsas gözləntilərimiz qanunvericilik təşəbbüslərində elektron iştirak, işçi qrupların iclaslarında müzakirə üçün təklif və layihələrin elektron qaydada göndərilməsi, işçi qrupları ilə interaktiv əlaqənin yaradılması, biznes sahələri üzrə yeni təşəbbüs layihələri barədə qabaqcadan ətraflı məlumatın alınması və s. bu kimi istiqamətləri qeyd etmək vacibdir”, - deyə Vüsal Şıxəliyev bildirib.

“B2G Forum”da, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”, “2023-2024-cü illər ərzində aparılan ən son iqtisadi islahatlar” barədə təqdimatlar dinlənilib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Elvira Siraczadə tərəfindən təqdim olunan “Dünya Bankının “Business Ready” hesabatı dinlənilib.

Davos formatlı sual-cavab sessiyası çərçivəsində Rəqəmsal İdarəetmə Platformasının idarəetmə paneli, funksional alətlər və nəzarət sistemi, Elektron Məlumatlandırma Sistemi, komissiyanın internet portalındakı əsas yeniliklər mövzular geniş işıqlandırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, problemlər dinlənilib, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Telman Əliyev tədbirin fəxri qonağı Vüsal Şıxəliyevə görüşə qatıldığına və iştirakçılarla səmimi ünsiyyətinə görə təşəkkürünü bildirib və “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatını təqdim edib. Eyni zamanda, “Caspian Energy Club”ın yeni üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

“B2G Forum” şirkət nümayəndələrinin ünsiyyəti üçün təşkil edilmiş netvörkinq hissəsi ilə yekunlaşıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930