Tarix: 18-07-2024, 12:37
Azərbaycanın güləş üzrə milli komandaları Paris olimpiadasına son hazırlıq prosesinə start verib.
Shir.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.
Hər 3 komandamızın Olimpiya Oyunları hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Güləşçilərimiz avqustun 2-də Fransaya yollanacaq. Paris-2024-də güləş yarışı 5-11 avqustda keçiriləcək.