Tarix: Bu gün, 12:30

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə İran ordusuna məxsus olduğu bildirilən “Şahid” tipli pilotsuz uçuş aparatı Naxçıvan aeroportu ərazisinə düşüb.
Shir.az xəbər verir ki, məlumatı Axar.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadla yayıb.
Bildirilib ki, baş verən hadisə ilə əlaqədar Naxçıvanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ehtiyat tədbiri olaraq məktəblərdə dərslər dayandırılıb.
Hazırda şagird və müəllimlərin təxliyə olunduğu, onların təhlükəsiz ərazilərə yönləndirildiyi qeyd olunur.
Hadisənin baş verdiyi yer Naxçıvan Beynəlxalq Hava Limanı ərazisi kimi göstərilir. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.














































