Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 19-07-2024, 13:41

Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi Sahib Məmmədov təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.

Shir.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə danışıb.

O,əvvəlcə özü barədə məlumat verib:

“2008-2014-cü illər aralığında çimərlik futbolu üzrə millimizin formasını geyinmişəm. Ardından iki mövsüm Türkiyədə çıxış etdikdən sonra 2016-cı ildən bəri Litvada yaşamışam. 2018-ci ildə futbolçu karyeramı başa vurmuşam, 2019-cu ildən bu ilin mayına qədər isə Litva millisində baş məşqçi kimi çalışmışam. Ötən il Avropanın B Divizionunun qalibi olduq və Litva yığması tarixində ilk dəfə A Divizionuna yüksəldi”.

S.Məmmədov Azərbaycana qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

“Rəhbərlik mənə güvənib dəvət etdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Doğma vətənimdə çalışacağım üçün çox xoşbəxtəm. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam. Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”.

Baş məşqçi Bakıda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib:

“Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdur. Hava durumu da burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.

Baş məşqçi komanda ilə bağlı gələcək planlarını və hədəflərini də açıqlayıb:

“Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə iki il davam etmək olar. Ancaq məqsədim bir il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdir. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt mundialda iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B Divizionunda mübarizə aparacağıq. B Divizionunun çempionu kimi A Divizionuna qayıtmaq istəyirik”.

Qeyd edək ki, S.Məmmədovla müqavilənin müddəti 1 illikdir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930