Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 22-07-2024, 11:14

 Azərbaycanda reklam bazarında KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi yaxşı olardı.

Shir.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.

"Bundan əvvəl reklam normaları sahəsində məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların daha çox narazılıqlarına səbəb olurdu. Biz KOBİA olaraq bunu öncəki tədbirlərimizdə də səsləndirmişdik. Lakin son dövrlər apardığımız müşahidələrə əsasən KOBİA-nın Dövlət Reklam Agentliyi ilə birgə, o cümlədən aidiyyəti qurumların iştirakı ilə tədbirlərin mütəmadi davam etdirməsi, sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə maarifləndirilməsi onların bu sahədə məlumatlılıq səviyyəsini xeyli artırıb və əvvəllər mütəmadi müşahidə edilən xöşəgəlməz hallar azalıb. Bu əslində olduqca müsbət bir haldır. Ona görə də qurumlararası sıx əməkdaşlıq və maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdirilməsi çox vacibdir", - deyə o qeyd edib.

Bununla belə, O.Məmmədov əlavə edib ki, əldə edilmiş müsbət nəticələrə rəğmən sahibkarları narahat edən bir sıra məsələlər hələ də qalmaqdadır: "Belə ki, bəzi hallarda sahibkarlar reklam üçün ödənişsiz ayrılmış sahənin az olmasından şikayətlənir və həcminin artırılmasını xahiş edirlər. Bundan əlavə bu məqsəd üçün ayrılacaq sahələrin sahibkarların fəaliyyət istiqamətinə uyğun tətbiq edilməsini təklif edirlər. Ümumiyyətlə müvafiq sahədə KOB-lara mübasibətdə də imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi daha yaxşı olardı. KOB-lara münasibətdə yeni güzəşt mexanizmlərinin müəyyən edilməsi bu sahədə fəaliyyət göstərən və ya biznesinə yeni başlayanlara stimul verə bilər. Xüsusən də yeni yaradılan mikro bizneslərin fəaliyyətinin dayanıqlılığı üçün fərqli yanaşmaların tətbiqi onların gələcək fəaliyyətinə də təsir edə bilər".

"Əlbəttə KOBİA-ya edilən müraciətlər sırasında, habelə keçirilən görüşlərdə sahibkarları narahat edən digər məsələlər də var, elə bu görüşü keçirməkdə məqsəd bu problemləri sizlərdən yerində dinləməkdir. Belə tədbirlərdə qaldırılacaq məsələlər və səsləndirilən təkliflər əlbəttə ki sektorun gələcək inkişafına zəmin yaratmış olur". "Ümid edirəm ki, bugünkü tədbir çərçivəsində aparılacaq müzakirələr, səsləndiriləcək fikir və təkliflər sektorun inkişafı üçün əlavə töhfə olacaq. Bu baxımdan bütün iştirakçıları müzakirələrdə fəal olmağa çağırıram", - O. Məmmədov vurğulayıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930