Tarix: 24-07-2024, 11:54
Gürcüstan hökuməti ABŞ-yə münasibətləri bərpa etməyi təklif edir.
Shir.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəlik təklif etmək istəyirik, bu isə yeniləmə deməkdir. Son üç-dörd ildə bu münasibətlərin nə qədər pisləşdiyi məlumdur. Bu fonda münasibətlərin yenidən qurulmasına ehtiyac var”, - o vurğulayıb.
Baş nazir bildirib ki, ölkə hökuməti ABŞ-nin bu istiqamətdə praqmatik qərarlar qəbul edəcəyini gözləyir.